23 Sentyabr 2014 09:21
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran sosial şəbəkə mahiyyəti daşıyan “WhatsApp”, “Viber”, “Tango” kimi messencer proqramlarının istifadəsinə qadağa qoyur.

ANS PRESS-in məlumatına görə, İran məhkəməsi sədri Ayətullah Amuli Laricani ölkənin rabitə və informasiya texnologiyaları nazirliyinə 30 gün ərzində “WhatsApp”, “Viber”, “Tango” kimi messencer proqramların girişinə qadağa qoyulması barədə tapşırıq verib.

Məhkəmə sözçüsü prokuror Qulam Hüseyn Ejeyi tərəfindən rabitə və texnologiyalar naziri Mahmud Vaiziyə göndərilən məktubda, “İslam əxlaqını, ümumi təhlükəsizliyi və İran İslam inqilabının ali dini lideri Ayətullah Xomeynini təhqir edən mesajlar göndərilir. Buna görə də bu proqramlara giriş qadağan edilsin.” – deyə tələb irəli sürülüb.

Ejeyi həmçinin onu da qeyd edib ki, verilən tapşırıq təyin olunan müddət içərisində həyata keçirilməyəcəyi təqdirdə, məhkəmənin qərarlarını saymayan şəxslər barəsində qanun çərçivəsində ölçü götürüləcək.


Müəllif:

Oxşar xəbərlər