23 Sentyabr 2014 13:31
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münhen şəhərində “Pivə Bayramı”nın (Oktoberfest) ilk həftəsində 1 milyon litr pivə içilib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, 181-ci “Oktoberfest” ənənəvi pivə bayramındaki ilk 1.5 gündə təxminən 1 milyon ziyarətçi “Mass” deyilən bir litrlik stəkanlardan pivə içib. Festivalda artıq 10 min sosiska və toyuq yeyilib.

Təcili yardım xidməti 700 adama ilkin yardım göstərib. Bu rəqəmin ötən ilin ilk 2 gününə nisbətən 30 % daha çox olduğu qeyd edilib.

Festival həm də Rio Karnavalı kimi qeyri-adi geyim və rəqsləri ilə də yadda qalır.

5 Oktyabra qədər davam edəcək pivə festivalına təxminən 6 milyon adamın gəlməsi və 6 milyon litr pivə içilməsi gözlənilir.

Teleqraf.com festivaldan fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər