İPhone 6 almaq istəyən çinli təəccüblü addım atıb.
Teleqraf.com Türkiyə mətbuata istinadən xəbər verir ki, telefon almağa pulu olmayan Sonqjianq Universiteti şagirdi sevgilisini başqaları ilə paylaşaraq pul qazanacağına ümid edir.
Shangaiist.com-un verdiyi xəbərə görə, əlində "sevgilimi kirayəyə verirəm " yazılan lövhə tutan gənc diqqət çəkməyə çalışıb. O, müəyyən qaydalar da qoyub. Gənc oğlan sevgilisi ilə birlikdə yeməyə çıxmaq, dərs hazırlamaq, oyun oynamaq, kitabxana və ya sinifdə onun üçün yer saxlamaq və ya gecə gəzintisinə çıxmağa icazə verib.
O, xidmətlərin 10 ilə 500 yen (1,5-70 AZN) arasında qiyməti olduğunu qeyd edib. Gənc tələbə sevgilisinin də bu məsələdə istəkli olduğunu bildirib.
Rüstəm