Məşhur braziliyalı model Anna Hikman Türkiyəyə gəlib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 118 santimetrlik ayağı ilə Ginnesin “Rekordlar kitabı”na düşən Anna Hikman “Ən uzun ayaqlı model”dir. Braziliyalı top model öz adını daşıyan eynək markasının təqdimatı üçün qardaş ölkəyə yollanıb. Türkiyəyə ilk dəfə gəldiyini deyən A.Hikman bir çox yerləri gəzmək istədiyini bildirib:
“Burada olduğum üçün çox həyəcanlıyam. İstanbul gözəl şəhərdir. Müxtəlif mədəniyyətlər diqqətimi çəkdi. Bir çox yerə getmək planım var”.
Teleqraf.com modelin fotolarını təqdim edir :
Rüstəm