26 Oktyabr 2014 00:55
3 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Quba rayonunda qar yağmağa başlayıb.

tTeleqraf.com-un məlumatına görə, Publika.az xəbər verir ki, bu barədə Xəyal TV-nin direktoru Eltan Qədimbəyli Facebook səhifəsində yazıb. Onun sölərinə görə, yağıntı axşam saatlarından başlayıb. Amma sulu qar olduğundan hələ ki yerə oturmur.

Qeyd edək ki, bu gün axşam saatlarından ölkə üzrə hava kəskin şəkildə dəyşib. Əksər bölgələrdə güclü külək əsir, ara-bir yağış yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən proqnozda da Azərbaycanın rayonlarında oktyabrın 26-da hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunurdu.

Havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.


Müəllif: