QOÇ - Ötən dövrlərdə yaşadığınız üzüntülü anlarınız artıq arxada qalmaqdadır. Yeni mərhələyə keçid üçünsə əzmkarlığınızı artırmalısınız. Həyata və insanlara münasibətinizi sivilləşdirin.
BUĞA - Bütün enerjinizi fəaliyyətə istiqamətləndirin. Ən azı ona görə ki, bu gündən etibarən şəxsi işlərinizdə əsaslı dönüş mərhələsi başlayacaq. İşgüzar görüşlərdən yayınmayın.
ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvim sizin üçün daha çox sevincli məqamlarla müşahidə olunacaq. Təzə xəbərlər eşidəcək, yaxşı insanlarla rastlaşacaqsınız. Ailə üzvlərinizə qarşı daha səmimi olun.
XƏRÇƏNG - Çox uğurlu vaxtdır. Ətrafınızdakıların sizi anlaması, şəxsi işlərinizdə müsbət dönüşün baş qaldırması sizi fərəhləndirəcək. Nahardan sonra maddi durumunuz yaxşılaşmalıdır.
ŞİR - Yeni əlaqələr yaratmaq, təkbaşına bacarmadığınız problemləri müştərək şəkildə həll etmək üçün əsl məqamdır. Başlıca vəzifəniz hər bir işə məsuliyyətlə yanaşmaqdan ibarət olmalıdır.
QIZ - Bir tərəfdən şəxsi büdcənizdə artım, digər tərəfdənsə sürprizlərlə rastlaşmağınız sizə böyük sevinc gətirəcək. Amma bu gün vacib planlarınızı heç kimə söyləməməlisiniz.
TƏRƏZİ - Bu təqvim daha çox maliyyə vəziyyətinizin yaxşılaşması ilə yadda qala bilər. Digər sahələrdə isə müəyyən gərginliklərlə qarşılaşacağınız gözlənilir. Səhhətinizi qoruyun.
ƏQRƏB - Səhər saatlarını müəyyən gərginlik içində yaşasanız da, günün ikinci yarısında vəziyyət normallaşacaq. Unutmayın ki, indi digər 11 bürcün "komandanı" sizsiniz. Komandan isə çılğın olmamalıdır.
OXATAN - Həmkarlarınızla aranızda mübahisəli vəziyyət gözlənilir. Bacardığınız qədər belə halları yaxına buraxmayın. Bu gün ailə-sevgi münasibətlərində uğurlarınız da mümkündür.
OĞLAQ - Ulduzlar olduqca rəvan və mənalı bir tarix yaşayacağınızdan xəbər verir. Qərarlarınızda ədalət prinsiplərinə söykənin. Qonaq getmək üçün bir neçə şans qazanacaqsınız.
SUTÖKƏN - Astroloji göstəricilərə inansaq, ağıl işlətsəniz, bu gün ən qazanclı bürc siz olmalısınız. Bütün gücünüzü göstərilən istiqamətə yönəldin. Yorulmaqdan qorxmayın, daxili şübhələrdən qaçın.
BALIQLAR - İşlə bağlı bütün məsələlərdə irəliləyişə nail ola biləcəksiniz. Sevgi-ailə münasibətlərində isə xüsusi rahatlıq tapacaqsınız. Axşama yaxın ürəyinizə yaxın şəxslərə baş çəkin.