Sakit okeanda, Fici arxipelaqı yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib.
“RBK”-ya istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri Ndoi adasından 141 km şimal-şərqdə və Tonqanın paytaxtı Nukualofa şəhərindən 313 km qərbdə, 434 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı elan olunmayıb.