Modellik karyerasına aktrisalıq təcrübəsini də qatan 23 yaşlı tanınmış ingilis model Emili Ratajkovski “Cosmopolitan” jurnalına müsahibə verib.
Teleqraf.com-un xarici mətbuata istinadən xəbərinə görə, son günlər şəxsi “İnstagram” hesabında paylaşdığı büstqaltersiz fotoları ilə çox danışılan Emili cəsarətli və bir-birindən təəccüblü açıqlamalarla çıxış edib:
“İstədiyimi geyinə, istədiyim kişiylə bərabər ola, istədiyim kimi rəqs edə bildiyim və üstəlik feminist olduğum üçün çox şanslıyam. İstədiyim zaman bir gecəlik münasibət də yaşayaram. Mən ilk dəfə birlikdə olduğum biriylə əlləri qandallıymış kimi münasibət yaşamaram və sevişərkən də ağlayan qızlardan deyiləm”.