"Discovery” kanalı canlı yayımda anakonda tərəfindən diri insanın yeyilməsini nümayiş etdirib. Teleqraf.com-un məlumatına görə, bu barədə "The Hollywood Reporter" elektron nəşri məlumat yayıb.
Nəhəng ilan tərəfindən diri-diri udulmağın nə olduğunu hiss etmək üçün ABŞ-dan olan tədqiqatçı Pol Rozoli (Paul Rosolie) könüllü olub.
Eksperiment zamanı zədə almamaq üçün o xüsusi kostyum geyib.
Eaten Alive (“Diri-diri yeyilən”) verilişi 2014-cü ilin dekabrın 7-də təkrar nümayiş etdiriləcək.
"Discovery Channel" beynəlxalq peyk və kabel kanalı və eyniadlı teleşəbəkədir. Kanalın verilişlərinin üslubu elmi-populyar verilişlərdir. Yayım əsasən elm, texnologiya və tarix haqqında verilişlər əsasındadır.