8 Noyabr 2014 01:17
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacaq, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi 8-13 m/s olacaq. Temperaturun gecə 4-7° isti, gündüz 13-17° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 11-16° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 1-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-12° isti təşkil edəcək.

Müəllif:

Oxşar xəbərlər