12 Noyabr 2014 01:38
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkanın Kopenhagen şəhərində paytaxtın ən nəhəng tikililərindən sayılan “Bella Sky” hoteli tikilib. Teleqraf.com xarici saytlara istinadla xəbər verir ki, otelin qeyri-adi konstruksiyası əyilən qüllələrdən ibarətdir.

İtaliyanın məşhur Piza qülləsi 3,97 dərəcə əyilibsə, “Bella Sky” hotelinin binasında bu rəqəm 15 dərəcə təşkil edir. Arxitektorların unikal dizayn verdiyi binanın hər mərtəbəsi bir-birindən təmamilə seçilir.

Dörd ulduzlu otelin otaqları skandinaviya ənənələrinə uyğun bəzədilib. Oteldə 814 otaq, 32 konferensiya zalı, 3 restoran və əyləncə mərkəzləri fəaliyyət göstərir.


Müəllif: