ABŞ-ın Vaşinqton Universitetinin tədqiqatçıları bir insanın beynindən siqnalları “oxuyaraq” başqa şəxsin beyninə internet üzərindən ötürməyə imkan verən kompyuter interfeysini uğurla nümayiş etdiriblər.
Teleqraf.com dailytechinfo.org saytına istinadla xəbər verir ki, alimlərin hazırladıqları “beyin-kompyuter-internet-kompyuter-beyin” interfeysi bir şəxsə digər şəxsin hərəkətlərini idarə etməyə imkan verib. EEG sensorunun köməyi ilə kompyuter beynin müəyyən hissələrinin fəaliyyət şəkilini “oxuyur”.
Bu verilənlər rəqəmsallaşdırılaraq internet vasitəsilə başqa kompüterə ötürülür.