Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.
Teleqraf.com-un məlumatına görə, dəyişikliyə əsasən Daxili İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb.
Daxili İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin siyahısına nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə və nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışların verilməsi daxil edilib.