Ankarada polisin uzun müddətdir axtardığı avtomobil oğrusu M.K aldatdığı sevgilisi tərəfindən tutdurulub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.K ona aşıq olan qıza imkanlı ailədə doğulduğunu, bahalı avtomobillərinun olduğunu deyib. Lakin bir müddət sonraqız onun həqiqi kimliyini öyrənib. Aydın olub ki, oğlanın öz imkanları haqqında dedikləri yalandır. Buna baxmayaraq, qız onunla evlənmək istəyib. Ancaq “Yox” cavabı alıb. Bundan sonar qız oğlan haqqında polisə xəbər verib.
Polisin məlumatına görə, həbsxanadan qaçmış M.K tanış olduğu gənc qıza klassik avtomobil həvəskarı olduğunu söyləyib və onunla görüşə oğurladığı maşınlarla gedib. Gənc qız aşiq olduğu M.K-nı evliliyə razı salmaq üçün oğlana təzyiq etməyə başlayıb.
Adı açıqlanmayan qız T.K adı ilə tanıdığı sevgilisinin pul kisəsindən M.K-ya aid şəxsiyyət vəsiqəsini tapınca aldadıldığını anlayıb. Bundan sonra M.K qıza həqiqi kimliyini və gördüyü işlər barədə danışıb. Sürdüyü maşınların oğurluq olduğunu və varlı ailədən olmadığını etiraf edib.
Bütün bunlara baxmayaraq qız aşiq olduğu M.K ilə münasibətini davam etdirib. Ancaq sevgilisinin onunla evlənməyəcəyini anlayan qız M.K haqqında polisə xəbər verib.
Polis keçirdiyi əməliyyat nəticəsində M.K ilə E.T və F.E adlı şübhəliləri həbs edib. Onların oğurladıqları 6 ədəd klassik avtomobil də müsadirə olunub.
M.K polisə ifadəsində "Məndə BMW və “Mercedes” xəstəliyi var. Görəndə dayana bilmirəm" söyləyib.
Rüstəm