Yunanıstanda 5,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri paytaxt Afinadan 78 km şimalda, Evbeya adasında yerləşib.
İlk yeraltı təkandan sonra daha iki zəif maqnitudalı zəlzələ qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.