18 Noyabr 2014 09:44
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında bəy toy günü gəlinin üzünü gördükdən sonra boşanmağa qərar verib. Mədinə şəhərindən olan cütlük Yaxın Şərq ölkələrində adi hal hesab edilən şəkildə evlənib. Yəni onlar toy gününə kimi bir-birlərinin üzünü belə görməyib.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, toy mərasimində fotoqraf ailə şəkili üçün gəlindən duvağını qaldırmağı xahiş edib. Gəlin duvağını qaldıraraq kameraya gülüməsəyib. Gəlinin üzünü görən bəy dərhal yerindən durub və nifrət dolu baxışlarla toy mərasimindən qaçıb.

Bəy deyib :”Mənim evlənmək istədiyim qız sən deyilsən. Sən mənim təsəvvür etdiyim insan deyilsən. Bağışla, lakin mən boşanıram”.


Baş vermiş hadisədə gəlin ağlayıb, qonaqlar isə onu sakitləşdirməyə çalışıb. Lakin bəy boşanma qərarını verib. Bəyin hərəkəti sosial mediada yaxşı qarşılanmayıb və müzakirə obyektinə çevrilib.


Müəllif:

Oxşar xəbərlər