22 Noyabr 2014 01:17
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto
Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Şimal küləyi 8-13 m/s, gecəyə doğru arabir 15-20 m/s olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, temperaturun gecə 7-9°, gündüz 10-14° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s olacaq. Temperatur gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 9-14° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Temperatur gecə 0-4° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 4-8° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Temperatur gecə 5-8°, gündüz 8-13° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Temperatur gecə 0-4°, gündüz 4-9° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Temperatur gecə 4-9°, gündüz 9-14° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, axşam qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Temperatur gecə 7-10°, gündüz 10-14°, dağlarda gecə 0-5°, gündüz 5-8° isti təşkil edəcək.

Müəllif:

Oxşar xəbərlər