23 Noyabr 2014 00:12
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Sağlamlığınızla bağlı xırda narahatçılıq gözlənilir. Təzyiqinizin düşmə ehtimalı var. Maddi çətinliklərə görə bədbinləşməyin. Çünki əhalinin böyük əksəriyyəti sizdən də pis dolanır.

BUĞA - İxtiyarınızda olan bu təqvim qarşılıqlı anlaşma şəraitində cərəyan edəcək. Sizə qarşı yönələn şübhələri dəf etməyi bacaracaqsınız. Bu amil xüsusilə sevgi istiqamətinə yönəlməlidir.

ƏKİZLƏR - Görəcəyiniz işləri xırda detallarına qədər analiz etməyiniz məsləhətdir. Adi bir yanlışlıq planlarınızı poza bilər. Günün ikinci yarısında maliyyə problemlərinizi həll edə bilərsiniz.

XƏRÇƏNG - Fəaliyyət göstərdiyiniz sahələrdə həmkarlarınızla mübahisələriniz gözlənilir. Bu istiqamətdə ayıq-sayıqlıq göstərməyiniz vacibdir. Günün ikinci yarısı sövdələşmə üçün ideal vaxtdır.

ŞİR - Qarşılaşacağınız hadisələrin əksəriyyəti çıxaracağınız qərarlardan birbaşa asılı olacaq. Bu səbəbdən də atacağınız hər bir addımda zərgər dəqiqliyi nümayiş etdirməlisiniz. Səfərə çıxmayın.

QIZ – Hər şeyə diqqətlə yanaşın, apardığınız hər bir sövdələşmədə analitik qabiliyyətinizi və məntiqinizi işə salın. Yalnız bu halda uğur görünür. Axşama doğru sağlamlığınıza diqqət yetirin.

TƏRƏZİ - İşgüzar aktivliyinizin yüksələcəyi gözlənilir. Bu səbəbdən də qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdırmaqda çətinlik çəkməyəcəksiniz. Axşama yaxın sürprizlər labüddür.

ƏQRƏB - Yaxşı olar ki, qeyri-ənənəvi və ya riskli işlərə girişməyəsiniz. Əks təqdirdə cəhdləriniz baş tutmayacaq. Ümumiyyətlə, bu təqvimdə neytral mövqedə dayanmağınız məsləhətdir.

OXATAN - Qərarlarınızda qəti olsanız, gün ərzində heç bir maneə ilə rastlaşmayacaqsınız. Ulduzlar müdafiənizdə durduğundan daxili narahatçılığınız da əriyəcək. Ədalətli olun.

OĞLAQ - Səhər saatlarında bəzi anlaşılmazlıqlarla rastlaşdığınızdan süstləşə bilərsiniz. Lakin günün əsas hissəsində potensial imkanlarınız genişlənəcək. Bəxtinizdən şikayətlənməyin.

SUTÖKƏN - Nəzərdə tutduğunuz hər bir fiziki işi təxminən saat 15-ə qədər yekunlaşdırmağa çalışın. Çünki sonrakı müddətdə passivləşəcəyiniz mümkündür. Axşam qonaq getməyə dəyər.

BALIQLAR - Şəxsi planlarınızda bəzi redaktələrə ehtiyac duyulur. Bir çox məsələlərə yenidən baxmağınız məsləhətdir. Çalışın ki, indiki həlledici məqamda yanlışlığa yol verməyəsiniz.


Müəllif:

Oxşar xəbərlər