25 Noyabr 2014 13:00
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşdə mindən çox insan kütləvi “selfi”nin iştirakçısı olub.

Kütləvi (qrup) “selfi” “Nokia Lumia 730” smartfonunun köməyi ilə çəkilib. Qrup “selfi”sində 1151 hindli iştirak edib, bundan sonra fotoşəkil “Facebook” sosial şəbəkəsində “Microsoft Lumia Bangladesh” səhifəsində dərc edilib.

20 mindən çox istifadəçi fotoşəkli "layk" edib. Fotoşəkil aktiv şərh olunub, qrup “selfi”si üçün yeni termin (qrufi) təklif edilib.

Xatırladaq ki, “Nokia Lumia 730” smartfonu 5 meqapiksellik ön kamera ilə təchiz edilib və “məhz “selfi” üçün yaradılıb" ideyası cihazın şüarıdır.

İLHAMƏ


Müəllif: