Tanınmış rusiyalı müğənni Nyuşa səhnədə gözləniməz hadisə ilə qarşılaşıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Nijniy Novqorod şəhərində keçirilən konsertdə baş verib.
24 yaşlı ulduzu tamaşaçılara yaxınlaşıb, ona təqdim olunan gül buketi və hədiyyələri qəbul edən zaman kişi fanatlarından biri səhnəyə çıxaraq onu öpməyə cəhd edib.
Mühafizə xidmətinin əməkdaşları dərhal müdaxilə edib. Bu zaman fanat Nyuşanın ətəyini onun əynindən çıxardıb.
Müğənni jurnalistlərə müsahibəsində hadisə ilə bağlı bu fikirləri səsləndirib:
“Hər şey bir anda baş verdi. Heç gözləmirdim. Birinci elə bildim, mənə buket təqdim edəcək, amma sonra başa düşdüm ki, ətəyimi dartışdırır.”
Teleqraf.com videonu təqdim edir :
Rüstəm