Əlcəzair və CAR-dan olan mütəxəssislər arasında elmi-texniki əməkdaşlıq çərçivəsində 2016-cı ildə Afrikada səsdən sürətli ilk pilotsuz təyyarə istehsal ediləcək.
Teleqraf.com-un məlumatına görə, bu haqda Beynəlxalq Pilotsuz Hava Gəmiləri Salonunun işində iştirak etmiş Əlcəzair Elmi Tədqiqatlar və Texnologiya İnkişafı üzrə qurumun baş direktoru Xafid Auraq bildirib.X.Auraq deyib: “Layihə üzərində işə 2015-ci ilin yanvarında başlanılacaq. İlk aparat 18 ay sonra buraxılmalıdır.
Əlcəzairdə innovasiyalı metodlardan istifadəyə əsaslanan pilotsuz təyyarələr üçün mühərriklərin yaradılması üzrə texnologiya meydançası açılacaq”.