Çinin Xinyu şəhərinin Xiongkeng kəndində anadan olan milyonçu iş adamı Xiong Shuihua diqqət çəkən addım atıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Shuihua kənddə yaşayan hər kəsə lüks evlər tikdirib. 54 yaşlı Shuihua bu layihə üçün milyonlar xərcləyib: “Çoxlu pul qazandım və keçmişi unutmadım. Mənə uşaqlığımda yardım edən hər bir insana borcumu vermək üçün villalar tikdirdim”.
Shuihua 90 ailənin yaşadığı kənddə 72 yeni mənzil və 18 lüks villa tikdirib. O ailə vəziyyəti pis olan adamlara hər gün pulsuz yemək veriləcəyini də bildirib.
Samir