30 Noyabr 2014 00:02
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək məharət deyil.

BUĞA - Səhər saatlarını gərgin şəraitdə keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Nahardan sonra isə sevindirici hadisələrin şahidi olacaqsınız.

ƏKİZLƏR - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Bununla yanaşı, göstərilən təqvimdə uzaq yola çıxmaq olmaz.

XƏRÇƏNG – Ayın ən uğurlu gününü yaşayacaqsınız – desək, yanılmarıq. Çünki bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək.

ŞİR - Ulduzlar pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.

QIZ - Ümumi çalarlarına görə gərgin gün olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.

TƏRƏZİ - Həddindən ziyadə uğurlu təqvimdir. Ələlxüsus da saat 12-16 arası bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq da səngiyəcək. Amma bugünkü təkliflərdən imtina etməlisiniz.

ƏQRƏB - Hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Yalnız saat 16-17 aralığı uğurludur. Axşama yaxınsa qonaq getmək olar.

OXATAN - Bürcünüzün uğurlu günlərindən birini yaşayacaqsınız. Düzdür, saat 12-ə qədər müəyyən gərginlik olsa da, sonrakı müddətdə ovqatınız çox yüksək olacaq. Müəyyən sürprizlər də gözlənilir.

OĞLAQ - Nədənsə son vaxtlar sağlıq durumunuzla bağlı problemlər baş qaldırmaqdadır. Bu səbəbdən də özünüzə fikir verməli, qida rejiminə riayət etməlisiniz. Soyuq və spirtli içkilərdən uzaq olun.

SUTÖKƏN - Kifayət qədər uğurlu bir gün yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın.

BALIQLAR - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan işə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Pul məsələlərində isə ehtiyatlı olun.


Müəllif:

Oxşar xəbərlər