30 Noyabr 2014 20:04
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çernobil faciəsindən ötən müddət ərzində ilk dəfə olaraq şəhərətrafı ərazidə boz ayıların peydə olması qeydə alınıb.

Publika.az-ın məlumatına görə, ara-sıra hallar istisna olunmaqla Çernobıl zonası ərazisinə boz ayıların ayağı dəyməyib.

Bölgənin canlı təbiətini müşahidə edən elmi qrupun rəhbəri Mike Vud ukraynalı həmkarlarının Çernobıl zonasında heyvanat aləminin nümayəndələrini izləmək üçün gizli kameralar quraşdırdıqlarını bildirirb.

Son bir neçə ay ərzində həmin kameralar vasitəsilə aparılmış video müşahidə ərazidə boz ayıların peydə olmasını göstərib.

Alimlər uzun müddətli radioaktiv şəraitdə canlı təbiət və vəhşi heyvanların həyat tərzində baş verən dəyişikliklərin araşdırılmasını qarşılarına məqsəd qoyublar.

Qeyd edək ki, Ukraynanın Çernobıl şəhərində 1986-cı atom elektrik stansiyasında baş vermiş partlayış və yanğın nəticəsində ətrafdakı təxminən 2,600 kilometrlik sahə radiasiyaya görə boşaldılmışdı.

Çernobıl qəzasınadək bölgədə yaşamış 110 minlik əhali başqa ərazilərə köçürülmüşdü.

Partlayış başverəndən zonra radiasiya altında qalmış qəribsizləşdirilmiş zona alimlər üçün tədqiqat meydançasına çevrilib.

Belə elmi qruplardan biri 5 illik layihə çərçivəsində boşaldılmış ərazidə radiasiyanın təbiətə təsirini öyrənib.


Müəllif:

Oxşar xəbərlər