Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi 7-12 m/s, səhər və gündüz arabir 15 m/s, axşam şimal küləyi 8-13 m/s, gecəyə doğru arabir 15-18 m/s olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
Teleqraf.com-a verilən məlumata görə, temperaturun gecə 0-2° isti, gündüz 4-8° isti, Bakıda gecə 0-2° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə az yağıntı olacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə az yağıntı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 5-10° şaxta, bəzi yerlərdə 15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir az yağıntı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir az yağıntı olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq.
Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.