İngiltərənin "Arsenal" komandasının almaniyalı futbolçusu Lukas Podolski xeyriyyə hərracı təşkil edib.
Teleqraf.com-un futbolçunun "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, L.Podolski Almaniya Kansleri Angela Merkellə çəkdirdiyi "selfi"ni hərraca çıxarıb.
"Selfi" 2014-cü il dünya çempionatının final matçından sonra soyunub-geyinmə otağında çəkilib.
Hərraca, həmçinin "Arsenal"ın baş məşqçisi Arsen Vengerin gödəkçəsi, Almaniya millisinin qapıçısı Manuel Noyerin əlcəkləri, "Liverpul"un futbolçusu Mario Balotellinin butsları, L.Podolskinin komanda yoldaşı Bastian Şvaynştayqerlə "selfi"si və digər suvenirlər çıxarılıb.
Hərracda əldə edilən bütün vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacaq