Yevlax rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Rayon meşə mühafizəsi və bərpası müəssisəsindən Teleqraf.com-a bildiriblər ki, cari ilin yaz mövsümündə Yevlaxın Kürboyu ərazilərində 36 hektar sahədə tut, göyrüş, akasiya, iydə və digər ağac cinslərindən ibarət yeni meşələr salınıb. Kökləndirmək üçün 0,5 hektar sahədə 20 min ədəd qələm basdırılıb, 0,55 hektarda (20 min ədəd) sərv, çinar və şam ağaclarından ibarət böyütmə sahəsi yaradılıb.
0,46 hektar sahədə tinglik səpilib, 119 kiloqram toxum tədarük edilib. Noyabrın 20-dən yeni meşə əkinlərinə başlanılıb. İlin sonunadək daha 54 hektarda yeni meşələrin salınması, 1 hektarda böyütmə sahəsi yaradılması, 2 hektarda tinglik səpilməsi nəzərdə tutulur.