Rusiyalı alimlər Yer kürəsini təhlükə altına salan yeni asteroid aşkarlayıblar.
Alimlər bildirirlər ki, əgər həmin asteroid Yerə düşsə, həddindən artıq güclü partlayış baş verəcək. Hətta bu partlayış miqyasına görə, Çelyabinsk meteoritinin törətdiyi fəlakətdən daha böyük olacaq.
Teleqraf.com-un məlumatına görə, hazırda rusiyalı alimlər sözügedən asteroidin Yer kürəsinə düşə və bunun nə vaxt baş verə bilmə ehtimalını araşdırırlar.
Alimlərin bildirdiyinə görə, yeni aşkarlanan təhlükəli asteroid bu il tapılan üçüncü qorxulu asteroiddir.