Çilinin Atakama səhrasında ən böyük teleskopunun tikintisinə başlanılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, inşasına başlanılan teleskopun layihəsi 2012-ci ildə təsdiq edilib. Tikintiyə icazə aldıqdan sonra mütəxəssislər teleskopun birinci mərhələsinə start verəcəklər. Birinci mərhələyə günbəz və qurğunun əsas strukturunun yaradılması daxildir. Plana görə, bu işə 10 il vaxt sərf olunacaq. Birinci mərhələ başa çatdıqdan sonra rəsədxana mühəndisləri konstruksiyaya çatışmayan bir sıra komponentləri, o cümlədən başlıca güzgünü və əsas optik sistemi əlavə edəcəklər. Gələcəkdə teleskop alimlərə uzaq ulduzları, ekzoplanetləri və digər kosmik obyektləri ətraflı öyrənməyə imkan verəcək.
Məlumat üçün bildirək ki, teleskop Atakama səhrasında dəniz səviyyəsindən 3060 metr hündürlükdə qurulacaq. Layihə sənədlərinə əsasən nəhəng qurğunun əsas güzgüsünün diametri 42 metr olacaq. Teleskopun çəkisinin isə 5 000 ton təşkil edəcəyi bildirilir. Burada berillium əsasında hazırlanmış 984 müstəqil rejimli güzgü quraşdırılacaq.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm