11 Dekabr 2014 02:54
779
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dekabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə,
şimal-qərb küləyi 7-12 m/s, gündüz arabir 15-17 m/s olacaq.
Temperaturun gecə 5-7° isti, gündüz 8-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 5-10° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 8-13° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 1-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 4-8° isti, gündüz 9-14° isti,
dağlarda gecə 4-7° isti, gündüz 8-13° isti təşkil edəcək.

Müəllif:

Oxşar xəbərlər