1,5 karatlıq brilyant udan çinli turist biabır olub. Rusiya mətbuatının yazdığına görə, Çou Van adlı turist zinət əşyaları sərgisində brilyantı götürərək udub.
Teleqraf.com xəbər verir ki, turistin mədəsindən çıxan brilyantın saxta olduğu anlaşılıb. Polis onunla birgə sərgiyə gəlmiş digər çinli turist barəsində də axtarış verib. Onların hər ikisini 13 min dollarlıq brilyant daşın oğurlanmasına ittiham edirlər.
Xatırladaq ki, insident Şri Lankadakı “Facets Şri Lanka” 2012 sərgisində baş verib. Sərgi iştirakçılarından biri Suresh Vijekoon görüb ki, iki şübhəli çin turisti özünü qəribə aparır. Onlar stenddəki almaza diqqətlə baxırmış. Hətta ona elə gəlib ki, çinlilər almazı dəyişmək də istəyiblər.