Klar Alsop adlı qadın uşaqlarının xətrinə 70 kilo arıqlayıb. O, bununla həyatında yeni bir səhifə açıb.
teleqraf.com-un məlumatına görə, İngiltərənin Rotterdam şəhərində yaşayan 31 yaşlı qadın 2011-ci ilin yanvar ayında dietaya başlayıb. Bir il ərzində isə 134 kilodan 70-ə enməyi bacardı.
Qadını belə bir addım atmağa vadar edən səbəb isə iki uşağı olub. Kların dediyinə görə, 40 yaşına çatanda bundan daha ağır olacağını düşünüb: ”Dedim, bəs onda mən onlarla ortaq heç nə edə bilməyəcəm axı? İndi uşaqlarımı uzaqdan seyr etmək əvəzinə onlarla hər cür oyunlar oynayır, gəzintilərə gedirəm”.