16 Dekabr 2014 14:39
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrika qitəsində ən yüksək qülləsi Mərakeşdə tikiləcək.

Teleqraf.com xəbər verir ki, yeni tikiləcək bina olacaq 540 metr yüksəklikdə olacaq.

Yeni göydələnin Mərakeşin ən iri şəhəri olan Kasablankada yerləşəcəyi düşünülür. Layihənin ilkin adı "Al-Noor Tower" ərəb dilindən tərcümədə "Nur Qülləsi" deməkdir. Sonda göydələnin adının dəyişdirilərək ona Mərakeşin hazırkı hakiminin şərəfinə Kral VI Məhəmmədin adı veriləcək.

Layihənin müəllifi Səudiyyə Ərəbistanından olan iş adamı şeyx Tarek ben Ladenə məxsus şirkətdir. Göydələnin təxmini dəyəri 1 milyard dollardır. Вinada yeddi ulduzlu mehmanxana, iş və ticarət mərkəzləri yerləşəcək. Tikinti işlərinə gələn ilin iyununda başlanacaq və üç il sonra, 2018-ci ilin iyununda başa çatacaq. Layihənin rəsmi saytında deyilir ki, göydələndəki 114 mərtəbə Qurandakı surələrin sayı ilə eynidir, onu hündürlüyü isə Afrika qitəsində yerləşən 54 ölkəni xatrıladır.

Qeyd edək ki, hazırda dünyadakı ən yüksək tikili Dubayda yerləşir. Bürc Xəlifə göydələninin hündürlüyü 830 metrdir.

Teleqraf.com otelin fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər