QOÇ - "Üçüncü artıqdır" prinsipini qulağınızda sırğa edin. Çünki istənilən məsələdə yalnız ikitərəfli mövqe nümayiş etdirməklə uğur qazana bilərsiniz. Daxili orqanlarınıza fikir verin.
BUĞA - Sizin üçün həftənin ən gərgin iş günüdür. Bu səbəbdən də səbrli və məsuliyyətli olmağınız vacibdir. Yorulsanız, axşama yaxın qonaq gedin. Dostlarınızla ünsiyyətdə diqqətli olun.
ƏKİZLƏR - Bütün vaxtınızı ailə-sevgi münasibətlərinin yaxşılaşmasına yönəldin. Qarşı tərəfə güzəştə getməyi bacarsanız, sizə qarşı rəğbət daha da artacaq. Uzaq yola çıxmayın.
XƏRÇƏNG - Qarşılıqlı münasibətlərdə ümumi vəziyyət qənaətbəxş olsa da, işlə bağlı müəyyən xoşagəlməzliklər də istisna olunmur. Qərar çıxararkən mövcud reallığı mütləq nəzərə alın.
ŞİR - Hansısa uğura yiyələnmək fikrinə düşməyin. Yaxşı olar ki, başınızı aşağı salıb gündəlik qayğılarınızla məşğul olasınız. İqlimin dəyişkənliyi səhhətinizə zərər yetirə bilər.
QIZ - Təxminən saat 15-ə qədər gərgin məqamlar yaşaya bilərsiniz. Göstərilən ərəfədə kiminsə işinə müdaxilə etməyin. Sonrakı saatlarda sevindirici xəbərlərin şahidi olacaqsınız.
TƏRƏZİ - Baxmayaraq ki Ay bürcünüzdə qərar tutub, ciddi perspektivlər haqqında düşünməyə dəyər. Yaxın gələcəyiniz hazırkı seçiminizdən birbaşa asılıdır. Bəxtinizdə pul da var.
ƏQRƏB - Dekabr ayının bu təqvimi daha çox yeni əlaqələrlə yadda qalacaq. Qəribə də olsa, ulduzlar məsləhət görür ki, bu gün birinci başlamayasınız. Bir sözlə, risk etməyə dəyməz.
OXATAN - Sədaqətinə şübhə ilə yanaşdığınız adamlarla ciddi işbirliyi yaratmağa çalışmayın. Əks təqdirdə əliniz boşda qalacaq. Əməkdaşlıq zəminində ehtiyatlılıq tədbirlərindən yararlanın.
OĞLAQ - Qoroskopa görə şənbə sizin gününüzdür, buna baxmayaraq adətən belə günlərdə çox yorulursunuz. Bu amili nəzərə alıb nahardan sonra vaxtınızı istirahətə həsr edin. Mübahisədən qaçın.
SUTÖKƏN - Dekabr ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Odur ki, özünüzdə təmkin tapıb emosiyalara uymayın. Saat 13-dən sonra fəaliyyətinizdə irəliləyişlər olmalıdır.
BALIQLAR - Yeni əlaqə və sövdələşmələr üçün normal gündür. Əlavə işlərə, xüsusən də əyləncələrə meyl etməyin. Ən azı ona görə ki, iştirakçısı olduğunuz hər bir müzakirədə vəziyyət xeyrinizə olacaq.