18 Dekabr 2014 00:04
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Saat 11-13 arası əsəblərinizi cilovlaya bilsəniz, günün qalan müddətində ovqatınız xoş olacaq. Boş dayanmayın. Mühüm adamlara baş çəkin ki, ulduzlar sizə sevinc bəxş etsin. Pul da gözlənilir.

BUĞA – Əbəs yerə risk etməyin. Çalışın ki, ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qoruyasınız. Təxminən saat 15-dən sonra işgüzarlığınızı artırın ki, uğurlarınız çoxalsın.

ƏKİZLƏR - Ulduzların düzümü maraqlı bir təqvim yaşayacağınızdan xəbər verir. Üzləşdiyiniz adamların əksəriyyəti ovqatınızı yüksəldəcək. Sövdələşmələr üçün də səmərəli vaxtdır. Bu fürsətdən yararlanın.

XƏRÇƏNG – Astroloji göstəricilər işlərinizin rəvan gedəcəyinə işarə edir. Hətta cəhd etdiyiniz təqdirdə maddi durumunuz da yaxşılaşa bilər. Nahardan sonra səfərə çıxmaq fikrinizi reallaşdırın.

ŞİR - Yeni işgüzar əlaqələrə start vermək üçün Göy qübbəsi tərəfinizdə duracaq. Odur ki, bütün səylərinizi birləşdirməlisiniz. Günün ikinci yarısında şanslı məqamlar yaşayacaqsınız.

QIZ - Böyük dəyişikliklər astanasındasınız. Qətiyyən tərəddüd etməyin. Nə qədər cəsarətli olsanız, işləriniz də bir o qədər uğurlu olacaq. Nahardan sonra qonaq getməyə dəyər.

TƏRƏZİ – Yalnız münasibətlər zəminində uğurlarınız olacaq. Fəaliyyət və ya şəxsi işlər üçünsə sərfəli vaxt deyil. İnsanlara qarşı unutqanlığınızı dəf edin. Daha çox istirahət edin.

ƏQRƏB - Gün ərzində mənfi enerjili Ay bürcünüzdə qərar tutduğundan ilk növbədə səhhətinizi qorumalısınız. Qlobal işlərin həllini, eləcə də səfərlər planını isə mümkün qədər təxirə salın.

OXATAN - Qarşınızda duran vəzifələrin çoxluğu sizi yoracaq. Lakin nəticənin uğurlu olacağını nəzərə alıb passivləşməməlisiniz. Axşam məxfi görüşlər keçirmək sizə böyük səmərə verə bilər.

OĞLAQ - Səhər saatlarından başlayaraq qarşılıqlı münasibətlər zəminində, həmçinin işgüzar sövdələşmələrdə vəziyyət ürəyinizcə olacaq. Günün ikinci yarısında yeni təkliflər də gözlənilir.

SUTÖKƏN - Enerjinizin azaldığı bir vaxtda özünüzü ələ almağa çalışın. Fikirlərinizi başa düşən adamlar arayın. Nahar ərəfəsində şəxsi büdcənizi artırmaq ehtimalınız yaranacaq.

BALIQLAR – Olduqca əhəmiyyətli gündür. Hansısa böyük bir işinizi həyata keçirməkdə şans qazanacaqsınız. Bununla yanaşı perspektivli görüş və maddi gəliriniz də mümkündür.


Müəllif:

Oxşar xəbərlər