ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Sony Pictures Entertainment kinostudiyasının çəkdiyi "Müsahibə" bədii filmini təxribat hesab etmir.
Teleqraf.com xəbər verir ki, filmdə Ceyms Franko və Set Rogenin canlandırdığı qəhrəmanlar guya CİA-dən Şimali Koreya lideri Kim Çen İnin öldürülməsi haqqında tapşırıq alırlar. Jurnalistlərin suallarını cavablandıran C.Psaki filmin sadəcə komediya olduğunu, ABŞ-ın baxışlarını və mövqeyini əks etdirmədiyini deyib.
Dekabrın 16-da Sony Pictures studiyasının ofisinə filmin premyerasını terror aktları ilə hədələyən məktubların gəldiyi məlum olub. Mətbuat bu təhdidlərin arxasında KXDR-in durduğunu ehtimal etsə də, rəsmi Pxenyan ünvanına səsləndirilən ittihamları rədd edir.
Premyerası dekabrın 25-nə planlaşdırılan "Müsahibə" filmi Şimali Koreyanın sərt reaksiyasına səbəb olub. Bunu "ölkənin ali rəhbərliyinə təhqir" və "hərbi aksiya" adlandıran Pxenyan ABŞ hökumətinin filmin işıq üzü görməsinə kömək edəcəyi təqdirdə "qətiyyətli cavab tədbirləri"nin görüləcəyini bildirib.
Teleqraf.com filmin treylerini təqdim edir :
Rüstəm