19 Dekabr 2014 10:52
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

"People" jurnalına ilin yekunları ilə bağlı müsahibə verən ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama şəxsi həyatları ilə bağlı da danışıblar.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Obama Riçard Linklaterin çəkdiyi "Uşaqlıq" filminin ("Boyhood") bu il izlədiyi ən yaxşı film olduğunu deyib. Xanım Obamanın favoriti isə Gillian Flynnin əsəri əsasında çəkilmiş "İtmiş qız" ("Gone girl) filmidir. Obama deyib ki, "Uşaqlıq" əla filmdir və bu il izlədiklərinin arasında ən yaxşısıdır. ABŞ prezidenti xüsusi vurğulayıb ki, həyat yoldaşının filmlərə marağı azdır. Sevdiyi film haqqında danışan Mişel isə bunları söyləyib: "Bir neçə il bundan qabaq "İtmiş qız" romanını oxumuşdum. Çox sevmişdim əsəri. Məncə əsər filmdən daha yaxşıdır".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər