Türkiyədə bir kişi özünü 12-ci imam Mehdi elan edərək pəncərəsinin qarşısından keçən hər kəsə tüfənglə atəş açıb. Açılan güllələr üç polis məmurunu yaralayıb.
Teleqraf.com-un məlumatına görə, Bursada yaşayan İrfan adlı bu şəxs 3 mərtəbəli binanın zirzəmisindəki evinin pəncərəsində əlində tüfənglə dayanaraq "İrana f əlavə etsən İrfan olur. Gerçək Mehdi mənəm"- deyə, qışqırıb.
Vəziyyəti belə görən vətəndaşlar polisi məlumatlandırırlar. Hadisə yerinə gələn polis dəstəsi ərazini mühafizəyə alır.
Polisin xəbərdarlıqlarına fikir verməyən bu kişi, könüllü olaraq binanın önünə gələn jurnalistlərə üzünü tutaraq belə deyib: "Əsl Mehdi mənəm. Bu gün 21 dekabrdır. Gecələrin bitib, gündüzlərin uzandığı bir gündür. İki uşağım var, məndən sonra da onlar vəzifələrini yerinə yetirəcəklər. Məni İranda gözləyirlər. İrana f əlavə etsən İrfan olur".
Kişi bu sözləri söylədikdən sonra jurnalistləri binanın önündən qovur və polislərə atəş açır. Üç polis məmuru yaralanıb və 1 polis maşını zədələnib.
Məmurlardan ikisinə hadisə yerinə çağırılmış təcili yardım həkimləri tərəfindən ilkin yardım göstərildi. Ayağından yüngül yaralanan digər polis isə yaxınlıqdakı xəstəxanaya gaparıldı.
Kişinin evdə həyat yoldaşı və uşaqlarından birinin olduğu öyrənildikdən sonra isə, polislər polislər onu sakitləşdirməkdə daha da çətinlik çəkdilər. /anspress.com/