ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri Venera planetinə uçuşlar üçün stansiyalar hazırlayırlar.
Teleqraf.com xəbər verir ki, hər stansiyanın içində iki astronavt olacaq və ekspedisiya 30 gün davam edəcək. Alimlər bildirirlər ki, Veneranın kimyəvi tərkibi Yer planeti ilə çox oxşardır və Marsla müqayisədə Yerə daha yaxın yerləşir. Veneranın səthində temperatur müsbət 462 dərəcəyə çatır, atmosfer təzyiqi isə Yerdən 92 dəfə çoxdur. Buna görə də insanların planetin səthinə enməsinin mümkün olmadığı bildirilir. Amma uçan stansiya astronavtlara Veneranı təhlükəsiz tədqiq etməyə imkan verəcək. Alimlər hesablayıblar ki, Veneranın səthindən 48 kilometr hündürlükdə temperatur insan həyatı üçün münasib olacaq.
Rüstəm