ABŞ-da tütündən sonra ölümə səbəb olan ikinci amil piylənmədir. Hazırda amerikalıların 4 milyonu köklükdən, 6 milyonu isə piylənmədən əziyyət çəkir.
Onlar orta hesabla normadan 100 fut (45 kq) artıq çəkiyə malikdirlər. Hesablamalara görə, heç bir millət tarix boyu bu sürətlə kökəlməyib. Bunun əsl səbəbi kimi dünyada geniş yayılmış fast-food şəbəkəsindən Birləşmiş Ştatlar sakinlərinin daha çox istifadə etmələridir.
Fast-food deyildikdə isə ağla ilk gələn məşhur “McDonalds”dır. Amerikanlar uzun müddətdir bu qida növü ilə mübarizə aparsalar da, ondan əl çəkə bilmirlər. Alimlər hesab edir ki, dünyaya hökm edən amerikanlara da fast-food hökm edir.