27 Dekabr 2014 18:27
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada özünü enerji və digər resurslarla tam təmin edən "ağıllı" şəhərlər siyahısına daha biri əlavə olunacaq.

Teleqraf.com xəbər verir ki, Belarusda "Korea Telecom" şirkətinin təklifi əsasında "ağıllı" şəhər salına bilər. Bu məsələ ölkənin rabitə və informasiya nazirliyinin "Beltelekom" Respublika Unitar Müəssisəsinin və "Korea Telecom" şirkəti ilə keçirdiyi görüşdə müzakirə olunub. Məlumata görə, artıq bəzi ölkələrdə Koreya Respublikasının texnologiyaları üzrə belə şəhərlər tikilir. Koreyada 2000-ci ildə əsası qoyulan Songdo belə şəhərin nümunəsidir. Müasir texnologiyalar sayəsində salınan "ağıllı" şəhərdə xüsusi qurğular yollarda vəziyyət, avtomobillərin hərəkəti, binaların vəziyyəti, enerjiyə tələbat, su sərfi haqqında məlumatları toplayır və təhlil edir. İqtisadi hesablamalara görə belə texnologiyaların tətbiqi ehtiyatlardan qənaətlə istifadə etməyə, əhalinin həyatının daha keyfiyyətli, rahat və təhlükəsiz olmasına kömək edir.

Qeyd edək ki, dünyada ən bahalı "ağıllı" şəhər BƏƏ-də salınır. 2020-ci ilədək tikintisinin başa çatdırılması planlaşdırılan şəhərdə 160 min nəfər yaşayacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər