QOÇ - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda xoş nüanslar nəzərə çarpacaq. Hətta sevindirici xəbər və ya təklif də ala bilərsiniz. Sonrakı müddətdə isə neytrallığınızı təmin etməlisiniz.
BUĞA - Bu gün işgüzar sövdələşmələrdə iştirak etmək olduqca əhəmiyyətlidir. Bu baxımdan tövsiyələrimizdən maksimum istifadə etməyə çalışın. Axşama doğru qonaq getmək də əlverişlidir.
ƏKİZLƏR - İlahi qanunlara əməl etmisinizsə, ulduzlar sizə yardımçı olacaq. Nahar ərəfəsində və sonrakı saatlarda bir neçə sürprizlə rastlaşma ehtimalınız böyükdür. Buna hazır olun.
XƏRÇƏNG - Hansısa məclisə dəvət alacağınız gözlənilir. Bu, daxili təlatümlərinizin sakitləşməsinə səbəb ola bilər. Hər halda, ovqatınız xeyli yüksələcək. Sütunu möhkəm olan planlarınızı bir daha götür-qoy edin.
ŞİR - Bəxtinizdə çox uğurlu bir gün durur. Əzmkarlığınızı artırmaqla bu proqnozu reallığa yaxınlaşdırın. Şəxsi işlərinizdə böyük dönüş start götürə bilər. Perspektivli təkliflər də mümkündür.
QIZ - İstirahət günü olmasa da, bütün diqqətinizi dincəlməyə yönəldin. Onsuz da fəaliyyətlə bağlı bütün cəhdləriniz boşa çıxa bilər. Amma uzaq səfərə çıxmağa ehtiyac yoxdur.
TƏRƏZİ - Yaxşı olar ki, bu təqvimin ilk yarısını oturaq şəraitdə keçirəsiniz. Hər hansı fiziki iş və səfər sizə zərər yetirə bilər. Sonrakı müddətdə isə özünüzə istirahət guşəsi arayın.
ƏQRƏB - Maraqlı hadisələr yolunuzu gözləyir. Ətrafınızda baş verən hər bir proses daha çox xeyirli nəticə verəcək. Əgər təşəbbüskarlıq öz əlinizdə olmasa, bütün təkliflərdən imtina edin.
OXATAN - Yeni əlaqələr yaratmaq istəyirsinizsə, aktivliyinizi artırın. Çünki bu gün arxasınca getdiyiniz işlərin əksəriyyəti reallaşmalıdır. Heç nəyə, ələlxüsus da insanlara ümidsiz yanaşmayın.
OĞLAQ - Müəyyən təsirlərə məruz qalsanız da, təmkininizi pozmayın. Əgər rəqibinizi yerində oturtmağa əmin deyilsinizsə, risk etməyə dəyməz. Yaxşı olar ki, hər şeyi zamanın ixtiyarına buraxasınız.
SUTÖKƏN - Nahara qədər əksər istiqamətlərdə düşərli bir gün yaşayacaqsınız. Sonrakı müddətdə isə bir qədər neytral mövqe nümayiş etdirməlisiniz. Daxili şübhələrinizə son qoyun.