28 Dekabr 2014 06:26
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABC News“un xəbərində deyilir ki, Massaçusets-dən olan müəllimə online yarışda 150 mindollar udub və… udduğu bütün pulları çalışdığı məktəbə bağışlayıb.

Müəllimə Nikole Bolerman bu hərəkətinə görə Boston valisi Marti Valş tərəfindən təqdir olunub. Şəhər valisi şagirdləri və müəlliməni öz ofisinə dəvət edərək bu hadisəni yüksək qiymətləndirdiyini bildirib. Tədbirdə diqqət mərkəzində olan müəllimə isə deyib: “Mənim başqa elə bir seçimim yox idi. İstədim ki, şagirdlərim üçün yaxşı olsun. Mənim əla şagirdlərim var. Mən onlar üçün həmişə nəsə etmək istəyirəm“.

Müəllimə və məktəbin rəhbərliyi əmin olmaq istəyir ki, məktəbin hesabına daxil olmuş vəsait təhsilin səviyyəsinin qalxmasına müsbət təsir edəcək. Sinif otaqlarında kompüterlərin sayı artacaq, digər əyani vəsaitlərlə sinif otaqları təmin olunacaq.

Boston valisi Marti Valş müəlliməni uşaqlar kimi səmimi və sadə bir insan kimi səciyyələndirib.Vali onu da bildirib ki, Nikole Bolermanın çalışdığı məktəb şəhərin ən sanbalıməktəbləri sırasında öndə gedir: “Biz sizə əvəzsiz əməyinizə və səxavətinizəgörə minnətdarıq. Siz öz şəxsi nümunənizlə bir çox insanlara ilham verdiniz”.


Müəllif:

Oxşar xəbərlər