Malayziyaya məxsus içərisində 162 nəfərə yaxın insan olan “Air Asia” şirkətinin təyyarəsi bu gün İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçarkən radarlardan itib. Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Cakartanın dispetçer məntəqəsi yerli vaxtla 6:17-də “QZ 8501” reysiylə əlaqəni itirdiyi barədə xəbər yayıb.
Verilən məlumata görə, pilot son olaraq hava nəqliyyatına nəzarət mərkəzi ilə əlaqə saxlayıb. İndoneziya nəqliyat nazirliyinin səlahiyyətlisi Hadi Mustafa bildirib ki, əlaqə kəsilmədən öncə pilot, qeyri-adi başqa bir marşrut tələb edib. Pilot pis hava şəraiti ilə bağlı yüksəkliyini azaltmağı tələb edib. Pilot son olaraq heç bir kömək istəməyib.