28 Dekabr 2014 23:24
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaddaşınızın Sizi məyus etməməyini istəyirsiniz? Bu zaman qeydlər aparın, şəkil çəkin, rəsmlər çəkin və ya toxunaraq yadda saxlayın.
Yadda saxlama fərqli insanlarda fərqli olur. Belə ki, elə insanlar var ki, onlarda göz yaddaşı, elə insanlar da var ki, onlarda eşitmə yaddaşı daha iti olur.
Bu səbəbdən lazım olan informasiyanın yaddaşda daha yaxşı qalması üçün onun şəklini çəkmək və ya qeydiyyat aparmaq lazımdır.
Bəzən deyilənləri yadda saxlama ilə bağlı ailələrdə müəyyən narahatçılıqlar olur. Bu ən çox xanımların həyat yoldaşlarından evə gələrkən alınacaq ərzaq və əşyaların hansınınsa yaddan çıxması ilə bağlı olur.
Bu kimi, narahatçılıqları aradan qaldırmaq üçün, yoldaşınıza alınacaqların siyahısını sms vasitəsi ilə yazılı şəkildə və ya həmin siyahının şəklini çəkərək göndərin. Bu zaman alınacaqların siyahısı göz qabağında olur və yaddan çıxma ehtimalı azalır./tabloid.az/

Müəllif:

Oxşar xəbərlər