32 yaşlı amerikalı Şayna Aysomun bədəni çürüyür. Onun bədəninin hər yerində dəridə irinli şişlər yaranır, sonra bu şişlər partlayır və bərkimiş irin çölə çıxır.
Şaynanın xəstəliyi o qədər qəribə və müəmmalıdır ki, həkimlər qadının vücudundakı saysız-hesabsız follikulların yaranma səbəblərini araşdırsalar da, bir nəticəyə gələ bilməyiblər.
ABŞ-ın Baltimor şəhərindəki Con Hopkins adına Tibb Mərkəzində müayinə və müalicə alan Şayna Aysom mərəzinə çarə tapılacağına ümid etmədiyini deyir. Həkimlər isə söyləyiblər ki, Şayna dünyada belə qəribə xəstəliyə tutulmuş yeganə insandır.
Hər şey 2009-cu ildə, o dönəmdə Memfis Universitetinin hüquq fakültəsinin tələbəsi olan Şaynada genişmiqyaslı astma tutması olanda başlandı. Yerli hospitalın təcili yardım bölməsinə yollanan Şayna müayinə olunub və ona böyük miqdarda steroidlər verilib.
Az sonra Şaynanın orqanizmində fəsadlar başlanıb, qızda sürəkli, fasiləsiz qaşınma yaranıb. Həkimlər Şayna Aysomu müalicə etmək üçün ona “Benadryl” tipli dərmanlar versələr də, preparatların heç bir təsiri olmayıb.