31 Dekabr 2014 00:04
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - İlin bu son günündə çoxlu sayda qonaqlıq və ya məclisdə iştirak edəcəyinizi düşünməyin. Çünki ulduzların bayramı sakit bir şəraitdə, ruhi yaxınlığınız olan bir neçə nəfərlə qeyd edəcəyinizi daha real sayır. Amma hər halda qəlbinizi tərk etməyən yarımçıq problemlərinizi müvəqqəti də olsa unudub, özünüzü rahat hiss edəcəksiniz. Nahar ərəfəsində qazanmaq ehtimalınız da var.

BUĞA - İki bayramın qovşağında təsəllini sevgidən almağa çalışın. Qalan işləri isə arxa plana salmaq olar. Əgər bu gün iki incik qəlbi barışdırsanız, dərhal Tanrının lütfünü görəcəksiniz. Axşama qədər sərbəst olsanız da, ən geci gecə saatı 12-də evdə olmalısınız. Çünki Yeni İlin ilk dəqiqələrini gəzintidə, ictimai məkanlarda keçirməkdənsə öz evinizdə, yaxınlarınızla birlikdə olmağınız yaxşıdır.

ƏKİZLƏR - Heç olmasa bu gün gileylənməyin. Ən azı ona görə ki, bu, heç nəyi dəyişməyəcək. Əksinə, bununla həm özünüzün, həm də ətrafınızdakıların bayram ovqatına mənfi təsir göstərə bilərsiniz. Əgər tövsiyələrimizə əməl etsəniz, təxminən saat 15-dən sonra sürprizlərlə rastlaşacaqsınız. Yeni ili rahatlığınız təmin olunan yerlərdə qeyd edin.

XƏRÇƏNG - İlin-günün bu vaxtında mübahisəyə girişmək heç də insafdan deyil - bütün variantlarda. Əgər kimsə borcunu vermirsə, əsəbləşməyin. Nəzərə alın ki, borcu qaytaran elə bu vaxta qədər qaytarardı. Bunlara baxmayaraq, hesablamalarımız Yeni ili pulsuz qarşılamayacağınızı göstərir. Gün ərzində çoxlu dualar edin ki, Tanrı müjdəsini tezləşdirəsiniz.

ŞİR - Ötən il çox iş görmüsünüz. Bunun üçün də özünüzə verdiyiniz hesabatdan razısınız. Deməli, bayram süfrəsində rahat otura biləcəksiniz. Əslində bunun üçün imkanınız da, sadiq dostlarınız da, xudmani məkanınız da var. Amma gərək bu şıltaq iqlimdə səhhətinizi də qoruyasınız. Təsadüfi və ya planlaşdırılmayan dəvətləri təxirə salın.

QIZ - Dekabrın son günü sizə tutub üzünü və şəxsi həyatınızda dəyişiklik etmək fikrindədir. Bu əsaslı dönüşün nədən ibarət olmasını gərək özünüz yaşayasınız. O ki qaldı bayramı necə keçirəcəyinizə, ulduzlar saat 20-yə qədər dost-tanış, qohum-əqrabagildə, sonrakı müddətdə isə evdə olmağınızı məsləhət görür. Səfərə çıxmaqdan vaz keçin.

TƏRƏZİ - Günün ümumi ovqatı sizə gərgin kimi görünə bilər. Amma narahat olmayın. Çünki rastlaşdığınız situasiyalar bədbinləşməyinizə rəvac verməyəcək. Astroloji göstəricilər nahar ərəfəsində büdcənizi artırmaq imkanı qazanacağınızdan xəbər verir. Yeni ili isə secdiyiniz insanla, o da olmasa dostlarla birlikdə qarşılayın.

ƏQRƏB - Pula həmişə ehtiyac duysanız da, bu ikiqat əlamətdar gündə gəlir haqda düşünməsəniz, yaxşıdır. Əslində sizin maddi yardımınıza daha çox ehtiyac duyanlar var, nəinki əksinə. Göy qübbəsi Yeni ili məhəbbət mühitində qarşılamağınızı təvəqqe edir. Çalışın ki, sizi sevən hər kəs yanınızda olsun. Məclisin təşəbbüskarı da özünüz olmalısınız.

OXATAN - İlin son təqvimi həmişə sizin üçün gözlənilməz hadisələrlə zəngin olur. 2015-in gəlişi də belə əlamətlərdən uzaq olmayacaq. Amma günün birinci yarısında bazarlıqla bahəm müqəddəs ziyarətgahlara da baş çəkməyiniz məsləhətdir. Unutmayın ki, bayramı ən gözəl keçirənlərdən biri də siz olacaqsınız. Yumor hissinizi işə salın.

OĞLAQ - Ulduzlar 12 bürc arasında yalnız sizin bu bayram günündə uzaq səfərə çıxmağınızın uğurluluğundan xəbər verir. Odur ki, proqnozumuzu oxuyan kimi yola düşməyə çalışın, əlbəttə ki, əvvəlcədən planlaşdırmısınızsa. Çünki əyalətlərimizdə yolunuzu gözləyənlər çoxdur. Astroloji göstəricilər qarşınızda maraqlı tanışlıqların olduğunu da bildirir.

SUTÖKƏN - Əksər Zodiak işarələrindən fərqli olaraq bayramı harada keçirməkdə sərbəstsiniz. Belə ki, təxminən saat 12-dən başlayaraq neçə-neçə ünvanda, maraqlı adamlar arasında Yeni İl bayramını qeyd edəcəksiniz. Yaxşı olar ki, ciddi məqamlarda qərarları yalnız özünüz verəsiniz. İnternet və sosial şəbəkələrdən uzaq olun, qoy hər şey canlı olsun.

BALIQLAR - Yeni insanlarla tanışlığınız mümkündür. Qarşıdakı ildə görəcəyiniz işlərdə məhz onların böyük əhəmiyyəti olacaq. Bayram ovqatına gəlincə, saat 17-dən sonranı gözləməlisiniz. Yeni illə əlaqədar xeyli ünvanda olacağınız gözlənilsə də, gecə saat 12-ni öz evinizdə qeyd etməli, ailə üzvləriniz, doğmalarınız arasında olmalısınız.


Müəllif:

Oxşar xəbərlər