Yanvarın 1-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam saatlarında az yağıntılı olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf. verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Temperaturun gecə 2°-dək isti, gündüz 4-6° isti, Bakıda gecə 2°-dək isti, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Aran rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam yağıntılı olacağı gözlənilir.
Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.