Bananlı yoqurt
Bəzi dietoloqlar səhərlər bananlı yoqurt yeməyə icazə vermir. Həm də ac qarına qatıq yeyildikdə öz faydalarını itirir. Teleqraf.com-un məlumatına görə, qatığı yatmazdan əvvəl və yeməkdən 2 saat sonra yemək daha düzgün hesab olunur.
Portağal
Ac qarına portağal yemək qastrit və ya allergik reaksiyalara səbəb olur.
Xurma və pomidor
Xurma və pomidor ac qarına yeyildiyi zaman mədədə problemlər yaradır.
Turşulu və qazlı içkilər
Gündəlik həyatda da turşulu və qazlı içkilərin içilməsi məsləhət görülmür. Səhərlər içmək daha pis nəticələrə gətirib çıxarır. Qan şəkəri qəfildən qalxa bilər.