1 Yanvar 2015 05:27
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il aviasiya sektoru üçün qəzalar və təhlükəsizlik baxımından ciddi problemlərin ortaya çıxdığı bir zaman kəsimi sayıla bilər. Teleqraf.com-un məlumatına görə, ötən il yaşanan çoxsaylı aviasiya qəzalarında yüzlərlə insan həlak olub.

İlin təyyarə qəzaları martın 8-də MH-370 tipli Malayziya təyyarəsinin yerə çırpılması ilə başladı. Kuala Lumpurdan Pekinə gedən “Boeing 777” sərnişin təyyarəsi, qısa bir müddət sonra 227 sərnişin və 12 ekipajı ilə birgə radarlardan itdi. Hind okeanında axtarış işləri həftələrlə davam etsə də, təyyarənin izi tapılmadı. Tarixdə ən əhatəli və ən bahalı axtarış işlərinin aparılmasına baxmayaraq, qəzadan 9 ay sonra da b təyyarə haqda heç bir dəlil-sübut tapılmadı.

Malayziya hava yollarında 4 ay sonra daha bir faciə yaşandı. Amsterdamdan Kuala Lumpura getməkdə olan və 295 adam daşıyan sərnişin təyyarəsi, Ukraynanın şərqində, Rusiya sərhədinə yaxın bir bölgədə vuruldu. Ukrayna ilə Rusiya, təyyarənin vurulmasında bir-birlərini günahlandırdılar. Nəticədə avropalı rəsmilər bölgədəki uçuşları ləğv etdi.

İyulun 23-də Tayvanın Kaohsiung şəhərindən Penghu Adalarına gedən TransAsia hava yollarına aid bir növbəti sərnişin təyyarəsi yerə çırpıldı. Fransız və italyanların ortaq istehsalı ATR72 tipli təyyarə Tayvana təcili eniş edərkən yerə çırpılması nəticəsində 48 nəfər öldü, 11 nəfər isə yaralandı. Qəza yerində 2 ev də yandı.

Eyni həftədə üçüncü təyyarə qəzası xəbəri Əlcəzairdən gəldi. Əlcəzair hava yollarına aid itən sərnişin təyyarəsinin dağıntıları Malidə tapıldı. Pis hava şərtlərindən qaynaqlanan qəzada 116 nəfər həyatını itirdi.

Son 5 ilə nəzər saldıqda 2014-ci ildə təyyarə qəzalarında ölənlərin sayının artdığı bildirilir. Onu da bildirək ki, hər qəza hadisəsindən sonra təyyarələrdəki təhlükəsizlik sistemlərində yeniliklər tətbiq olunur. Məsələn, 228 sərnişini ilə Riodan Parisə gedən Air France təyyarə qəzasından sonra Fransız hava yolları qara qutularının dayanıqlılıq müddətini 30 gündən 90 günə artırdı. Aviasiya şirkətlərinin istifadə etməyə məcbur olmadıqları yeni təhlükəsizlik sistemləri tətbiq etməyə başladı.

Bundan başqa, təyyarənin olduğu mövqe hər 10 dəqiqədən bir siqnalla mərkəzə bildirilir. Təyyarə orbitindən çıxdıqda siqnal dərhal işə düşür. Təyyarələrdəki təhlükəsizlik sistemlərinin artmasına və avtomatik naviqasiya sistemlərinin daha da əhatəli hala gətirilməsinə baxmayaraq, baş verən təyyarə faciələrinin qarşısını təəssüf ki, almaq olmur.


Müəllif:

Oxşar xəbərlər